Əlaqə Arxiv
news Image
2019.09.08
11:36
| A A A
Millimiz 55 komanda arasında 48-cidir

Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsində dünən yekunlaşan 5-ci turundan sonra ən uğursuz çıxış edən komandalar sırasında yer alıb.

Goal.az xəbər verir ki, Nikola Yurçeviçin komandası dörd oyundan bir xal belə toplaya bilməyib. Bu, 55 komanda arasında ən pis göstəricilərdən biridir. Millimizdən başqa, yalnız Andorra, Estoniya, Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn və San-Marino da xal toplaya bilməyib. Vurulan və buraxılan qolların nisbətinə görə isə komandamız 48-ci yerdədir.

Seçmə mərhələdə ən yaxşı göstərici isə 5 oyundan hərəyə 15 xal toplayan İspaniya, Belçika və İtaliyaya məxsusdur.

Sizin Reklam Yeriniz