Əlaqə Arxiv
news Image
2019.09.16
16:31
| A A A
Masallı güləşçiləri VI Respublika turnirində1 gümüş və 2 bürünc medal qazandı

13-15 sentyabr 2019-cu il tarixlərdə Salyan Olimpiya İdman Kompleksində sərbəst güləş idman növü üzrə idman ustası məşhur pəhləvan Yaşar Cavadovun xatirəsinə həsr olunmuş az yaşlı yeniyetmələr arasında VI Respublika turniri keçirilib.

Yarışlarda respublikanın müxtəlif şəhər,rayon, klub və idman cəmiyyətini təmsil edən idmançəlar mübarizə aparıb.

Salyan Olimpiya İdman Kompleksində təşkil edilən yarışlarda uğrla çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin yetirmələrindən ,

Babayev Namiq Qadir oğlu 65 kq çəki dərəcəsində II yerə, Musayev Səid Emin oğlu 62 kq çəki dərəcəsində III yerə, Məmmədov Turan Ruslan oğlu 85 kq çəki dərəcəsində III yerə, sahib olmuşlar.

Məşqiçi-müəllim: Təhmasib İsayev və Xıdır Hüseynov. idmançımıza uğurlar arzulayırıq.

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz