Əlaqə Arxiv
news Image
2019.09.16
21:29
| A A A
Atasının ölümündən öncə çəkilən videosunu izləyən Ronaldo göz yaşlarına boğuldu - VİDEO

Ronaldo İTV kanalında Piers Morqana müsahibə verib.

Goal.az xəbər verir ki, hələ ki tv-də nümayiş etdirilməyən proqramın anonsunda Ronaldoya atasının ölümündən qısa müddət əvvəl Norveç televiziyasına verdiyi müsahibə izlədilib. Atası həmin müsahibədə oğlu ilə fəxr etdiyini bildirib. Bu videonu ilk dəfə efirdə izləyən ulduz futbolçu  göz yaşlarına boğulub. Ronaldonu ən çox kədərləndirən isə atasının uğurlarını görməməsi olub. "Ailəm, anam, qardaşım, hətta böyük oğlum belə mənim uğurlarımı, mükafatlarımı görüblər. Ancaq atam bunların heç birini görmədi".

 

Sizin Reklam Yeriniz