Əlaqə Arxiv
news Image
2019.09.20
22:28
| A A A
FIFA İranda qadınların stadiona buraxılacağını gözləyir

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino bəyan edib ki, İranda qadınlar tamaşaçı qismində stadiona buraxılmalıdır. İnfantinonun bu şərhini FIFA-nın mətbuat xidməti yayıb.

Goal.az xəbər verir ki, daha əvvəl İnfantino İranın Futbol Federasiyasından və dövlət məmurlarından 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təsnifat matçlarını izləməkdən ötrü qadınlara icazə veriləcəyi barədə zəmanət təqdim olunmasını tələb edib.

“Mən əminəm ki, İran federasiyası və hakimiyyət orqanları bizim bu yolverilməz vəziyyəti nizamlama barədə dəfələrlə olan çağırışlarımıza cavab verəcəklər. Mən bu yaxınlaradək onlarla bir neçə dəfə əlaqə qurmuşam. Hazırda FIFA üzvlərindən ibarət nümayəndə heyəti İranda səfərdədir və mən səbirsizliklə onlardan yaxşı xəbərlər gözləyirəm. Bizim mövqeyimiz aşkar və qətidir. Qadınlar İranda futbol stadionlarına buraxılmalıdırlar. Biz başa düşürük ki, bu işin lazımi səviyyədə və təhlükəsiz şəkildə görülməsindən əvvəl müəyyən addımlar atılmalı və proseslər getməlidir. Lakin indi vəziyyəti dəyişmək vaxtı çatıb. FIFA oktyabrda İranın növbəti ev oyunundan başlayaraq müsbət dəyişikliklər gözləyir”, - deyə İnfantino bildirib.

İran yığması 2022-ci il dünya çempionatının Asiya seçmə turniri çərçivəsində oktyabrın 10-da Kamboca komandasına qarşı ev oyunu keçirəcək.

Xatırladaq ki, İran vətəndaşı olan qadın stadiona buraxılmaması və camaat arasına hicabsız çıxdığına görə ittiham olunduqdan sonra sentyabrda intihar edib. 1979-cu il İslam inqilabından sonra İranda qadınlara kişi idman yarışlarına getmək qadağan edilib. 

Sizin Reklam Yeriniz