Əlaqə Arxiv
news Image
2019.09.21
22:32
| A A A
"Peres Ronaldonu transfer etmək istəmirdi" - Ramon Kalderon

Real Madrid-in keçmiş prezidenti Ramon Kalderon maraqlı açıqlama ilə diqqət çəkib.

Goal.az xəbər verir ki, o, 10 il əvvəl Kriştianu Ronaldonun transfer hekayəsindən bəhs edib.

Maraqlıdı ki, Kalderon portuqaliyalı superulduzun məhz onun əməyi sayəsində alındığını bildirib: "Ronaldonu Real-a gətirən adamın mən olduğumu zaman-zaman təkrarlamaq lazım deyil. Hazırkı prezidentin ən yaxşı transferinin Ronaldo olduğunu deməsi məni üzür. Başqalarının əməyini özünə götürmək kiçiklikdi. Real başqasının sayəsində 9 il dünyanın ən yaxşı futbolçusunu heyətində oynadıb. Florentino Peres prezident təyin olunanda Ronaldonu transfer etmək istəmirdi. Daha əvvəl imzaladığımız anlaşmanı pozmağa çalışdı. Ronaldo da bu barədə bilirdi".

Qeyd edək ki, Kriştiano Ronaldo ötən il Real-ı Juventus-a dəyişib.(matc.az)

Sizin Reklam Yeriniz