news Image
2019.10.03
22:21
| A A A
Liverpool İngiltərə Liqa Kubokundan kənarlaşdırılmadı

Liverpool klubu İngiltərə Liqa Kubokundan kənarlaşdırılmayıb.

Goal.az İngiltərə Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin 1/16 finalda Milton Keynes Dons-la matçda iştirak hüququ olmayan futbolçunu - Pedro Çirivelyanı oynatması ilə bağlı məsələni araşdırıb. Məlum olub ki, həmin futbolçu klub tərəfindən iyulda sifariş edilsə də, qeydiyyata alınmasında problemlər yaranıb.

Liverpool 200 min funt sterlinq məbləğində cərimələnib. Kluba verilən məbləğin yarısı şərtidir və növbəti mövsüm hansısa qayda pozulacağı təqdirdə, klub onu ödəməli olacaq.

Xatırladaq ki, həmin qarşılaşmada Liverpool-un 2:0 hesablı qələbə qazanmışdı. Liverpool-un növbəti mərhələdə rəqibi Arsenal klubu olacaq.

money.az currency