news Image
2019.10.04
22:48
| A A A
Chelsea-nin hücumçusu seçim qarşısında

Chelsea-nin futbolçusu Temmi Abraham hələ milli komanda seçimini etməyib.

Goal.az xəbər verir ki, 22 yaşlı Nigeriya əsilli ingilis hücumçu İngiltərə və Nigeriya milli komandasında oynamaq şansına sahibdir. Bununla bağlı İngiltərə mətbuatına açıqlama verən Abraham, hələ seçim etmədiyini bildirib:

“Hazırda bütün diqqətimi kluba vermişəm. Hələ seçim etməmişəm.

İki ölkənin də milli komandası tərəfindən istənilmək mənim üçün xoşdur. Deməli, Chelsea-də düzgün işlər görürəm. İki ölkəni də sevirəm. Qərar vermək üçün düzgün zamanı gözləyirəm”.

Chelsea ilə bu mövsüm 10 oyuna çıxan Abraham, 8 qol vurub. Hücumçu daha əvvəl iki dəfə İngiltərə millisi ilə yoxlama oyununda iştirak edib. Bu görüşlər rəsmi olmadığı üçün Abraham Nigeriya milli komandasında da oynaya bilər.