Əlaqə Arxiv
news Image
2019.10.06
17:00
| A A A
“Bizim yaxşı oynayan və qol vuran Hazarda ehtiyacımız var" - Zidan

İspaniya La Liqasının 8-ci turu çərçivəsində Granada-ya 4:2 hesabı ilə qalib gələn Real Madrid-in baş məşqçisi Zinəddin Zidan oyundan sonra açıqlama verib.

Goal.az xəbər verir ki, fransalı mütəxəssis, oyundan və nəticədən razı qaldığını bildirib:

“Turnir cədvəlinin lideri olduğumuz üçün xoşbəxtik. Müsbət məqamlara diqqət yetirməyimiz lazımdır. Kənarda istədiyinizi edə bilərsiz, amma hamımız bilirik ki, meydanda əziyyət çəkməli, tər tökməliyik. Komanda bir əy əvvəlki vəziyyətindən yaxşıdır və daha da yaxşılaşmağa davam edəcəyik. Rəqibi Levante ilə müqayisə edə bilməzsiz. İkinci yerdə qərarlaşmış komanda ilə qarşılaşırdıq. Bir neçə dəqiqə bizim üçün çətin keçdi, amma ikinci hissədə oyunu daha yaxşı idarə etdik və 4-cü qolu vurduq”.

Oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalan Eden Hazardla bağlı danışan Zidan, bunları deyib:

“Bizim yaxşı oynayan və qol vuran Edenə ehtiyacımız var. O, oyundan sonra paltardəyişmə otağında xoşbəxt idi. Biz də bunun üçün xoşbəxtik. Ümid edirəm ki, bu, onun vuracağı bir çox qolun birincisi idi”.

Sizin Reklam Yeriniz