news Image
2019.10.11
18:30
| A A A
Masallıda 18 oktyabr –“Dövlət Müstəqilliyi Günü” nə həsr olunmuş cüdo idman növü üzrə rayon birinciliyi keçirilib

9 və 10 oktyabr 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı cənub Cüdo Təlim Mərkəzində uşaqlar, yeniyetmələr və gənclər arasında 18 oktyabr –“Dövlət Müstəqilliyi Günü” nə həsr olunmuş Cüdo idman növü üzrə rayon birinciliyi keçirilib

Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Müstəqillik Günü münasibətilə yarış iştirakçılarını təbrik edib, idman yarışların keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, birinciliyin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili,onlarda vətənpərvərlik ruhunda tərbiyə olunmasi,zərərli vərdişlərdən uzaqlaşdırılması,həmçinin idmanın kütləvililiyinin artırılması və idmançıların fiziki inkişafının yüksəldilməsindən ibarətdir.

120 nəfər yaxın idmançının iştrakı ilə iki gün davam edən yarışda 10 çəki dərəcəsində idmançılar öz güclərini sınamışlar.

Yekunda bütün çəkilər üzrə idmançılar müəyyən edilib.Belə ki, gənclər arasında 91 kq çəki dərəcəsində: I yerə Qafarov Kazım,II yerə Ağayev İlham,III yerə Abbasov Əhməd. 73 kq çəki dərəcəsində I yerə Talıblı Nicat,II yerə, Bağırov Kənan, III yerə Məhərrəmov Vüsal. 55 kq çəki dərəcəsində I yerə Quliyev Heydərəli, II yerə Fərəcov Cavid, III yerə İbişov Nahid. Yeniyetmələr arasında 46 kq çəki dərəcəsində I yerə Mustafayev Kamran ,II yerə Ağayev Məhəmmədəli,III yerə Abbasov Əhməd. 38 kq çəki dərəcəsində I yerə Hacızadə Surxay,II yerə Əhmədov Tarif, III yerə Cavadov Ümüd. 34 kq çəki dərəcəsində I yerə Şıxəliyev Vüsal,II yerə Məmmədov Kənan, III yerə Əmənov Əli. Uşaqlar arasında 38 kq çəki dərəcəsində I yerə Cavadov Ayaz, II yerə Fərəcov Fərid, III yerə Kəlbiyev Feyruz. 30 kq çəki dərəcəsində I yerə Apazadə Baqir, II yerə Dadaşlı Nəsib,III yerə Məmmədov İlkin. 27 kq çəki dərəcəsində I yerə Novruzov Yasər ,II yerə Əkbərli Hüseyn, III yerə Məmmədov Rahid. 24 kq çəki dərəcəsində I yerə Talıbov Qəfər, II yerə Bağızadə Hüseyn,III yerə Məmmədov Kənan layiq görülərək fəxri kürsünün birinci,ikinci, üçüncü yerlərə sahib olublar

Yarışın sonunda qaliblərə Masallı rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi müvafiq diplomlar təqdim olunub.

Əlihüseyn Şükürov