news Image
2019.10.14
10:58
| A A A
Macarıstan yığmasının kapitanı: "Azərbaycanın qolu sayılmadığına görə sevinməliyəm?"

“Bu gün 1:0 hesabı ilə qalib gəldik. Rəqibin qolu sayılmadığına görə sevinməliyəm? Ola bilsin, bəzi epizodlarda bəxtimiz gətirdi”.

Bunu Macarıstan yığmasının kapitanı Balaj Cucak AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində evdə Azərbaycan millisini 1:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışarkən deyib.

32 yaşlı hücumçu 71-ci dəqiqədə Dominik Nadla əvəzləndiyi epizodda baş məşqçi Marko Rossinin əlini sıxmaqdan imtina etməsinə şərh vermək istəməyib: “Bu barədə danışmaq istəmirəm. Bu həftə yetərincə problemimiz oldu. Oynamaq istəyirdim və bunun normal olduğunu düşünürəm. Ona görə də belə alındı. İlk yarıda üstünlüyə malik olsaq da, son ötürmələr ünvanına çatmırdı. İkinci yarıda sərgilənən futbol Uelslə Kardiffdəki görüşdə yetərli olmayacaq”.

Qeyd edək ki, oyunun baş hakimi Dennis Higler 90+4-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolunu saymayıb. Hollandiyalı referi qarşılaşmadan sonra səhvinə görə üzr istəyib.