Əlaqə Arxiv
news Image
2019.10.16
17:12
| A A A
İdmançılarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər (FOTO)

Estoniyada keçirilən kapoeyra üzrə beynəlxalq turnir və referee kursunda Azərbaycan idmançıları yüksək nəticə əldə ediblər.

Mövqe.az-ın məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ezamiyyə edilən Kapoeyra Federasiyasının vitse prezidenti Nahid Ağazadə və baş məşqçi Elgiz Əlizadənin rəhbərliyi ilə komandamız 3 qızıl (Nahid Ağazadə, Xuraman Ramazanova, Fəxri Məhəmmədlizadə), 1 gümüş ( Fərid Allahverdiyev) və 1 bürünc (Vüsal Babayev) medal qazanıb.

Kiçik yaş qrupunda idmançımız Fəxri Məhəmmədəlizadə finala gedən yolda erməni əsilli rus idmançısını məğlub edib. Bundan əlavə, 4 məşqçimiz (Nahid Ağazadə, Elgiz Əlizadə, Oxçu Şahmuradov, Zahid Rüstemov) beynəlxalq dərəcəli hakim adını qazanıb.

Sizin Reklam Yeriniz