Əlaqə Arxiv
news Image
2019.10.17
15:05
| A A A
La Liqanın 1 oyunu Mayamidə keçiriləcək

Futbol üzrə İspaniya çempionatının oyunu ABŞ-ın Mayami şəhərində keçiriləcək.

Goal.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, söhbət La Liqanın XVI turu çərçivəsində baş tutacaq Villarreal – Atletico matçından gedir. Bildirilir ki, hər iki klub görüşün 65 min tamaşaçı tutumuna malik “Hard Rok” stadionunda reallaşmasına razılıq verib.

Qeyd edək ki, ötən mövsüm La Liqa rəhbərliyi Barcelona - Girona oyununu da ABŞ-da təşkil etmək istəyib. Lakin müxtəlif səbəblərdən bu, gerçəkləşməyib. 

Sizin Reklam Yeriniz