Əlaqə Arxiv
news Image
2019.10.17
21:49
| A A A
"Azərbaycanla oyundan sonra komanda yoldaşlarım hakimə təşəkkür etdi"

"Oyunun ilk yarısında yaxşı çıxış etdik. Hər şey planlaşdırdığımız kimi idi. Biz 3-4 qol vura, matçın taleyini fasiləyədək həll edə bilərdik. O zaman heç kim 90+2-ci dəqiqədə baş vermiş olaydan danışmazdı".

Goal.az-ın məlumatına görə, bunu uzun fasilədən sonra Macarıstan milli komandasına çağırılan Mate Vida Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin seçmə qrup oyunu barədə danışarkən deyib. 23 yaşlı yarımmüdafiəçi Bəhlul Mustafazadənin təmiz qolunun sayılmamasını belə dəyərləndirib: "Ola bilsin, bu dəfə biz hakim səhvindən yararlanası olduq. Qol sayılsaydı, bilmirəm, necə yaşayardım. Təəssüf ki, komandamız hər şeyi məhv edən son dəqiqə qolu ilə dəfələrlə məyus olub. Həqiqətin gözünə dik baxırıq, bəxtimiz gətirdi".

Vida çıxış etdiyi Slovakiya "Dunayska Streda"sının düşərgəsinə qayıtdıqdan sonra həmklublarının 3 xala görə hollandiyalı referi Dennis Hiqleri təbrik etdiklərini də diqqətə çatdırıb: "Paltardəyişmə otağında danışa bilmədim. Çünki uşaqlar dərhal içəri girərək, referiyə 3 xal üçün təşəkkürlərini çatdırdılar. İstənilən halda, onlar məni səmimi qarşıladılar, bizi qələbə münasibətilə və həm Xorvatiya, həm də Azərbaycana qarşı çıxışlarımız münasibətilə təbrik etdilər. Onları acılamaq istəmədim. Çünki hər şeyi qarşıdakı oyunlar göstərəcək. Məqsədimiz Uelsə qalib gəlməkdir. Əlbəttə, Millətlər Liqasının "pley-off"una da ümid edə bilərik. Amma noyabrın 19-da Kardiff şəhərində qələbə qazanaraq, Avropa çempionatına yüksəlməkdən asan yol yoxdur".

Qeyd edək ki, hazırda E qrupunda ilk 2 pillədə 7 oyundan 14 xal yığan Xorvatiya ilə 12 xala malik Macarıstan yer alıb. Hərəyə 6 oyun keçirən qalan 3 komandadan Slovakiya 10 xalla 3-cü, Uels 8 xalla 4-cü, Azərbaycan 1 xalla 5-cidir. (report)

Sizin Reklam Yeriniz