news Image
2019.10.31
20:12
| A A A
İngiltərə Liqa Kubokunda 1/4 finalın cütləri müəyyənləşdi

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu gün püşkatma mərasimi keçirilib.

Turnirdə yoluna davam edən Mançester klubları aşağı liqa təmsilçiləri ilə qarşılaşacaq. Mərhələnin oyunları dekabrın ortalarında keçiriləcək.

1/4 finalın cütlükləri

Oxford United - Manchester City

Manchester United - Colchester United

Aston Villa - Liverpool

Everton - Leicester

Qeyd edək ki, Liverpool-un baş məşqçisi Yurgen Klopp Klublararası Dünya Çempionatındakı çıxışa görə, İngiltərə Liqa Kubokundan imtina edə biləcəklərini söyləyib.