Əlaqə Arxiv
news Image
2019.11.05
18:32
| A A A
İspaniya nəhəngi Salah üçün 130 milyon təklif edəcək

Real Madrid Liverpool-un hücumçusu üçün hərəkətə keçməyə hazırlaşır.

Goal.az xəbər verir ki, “kral klubu” Liverpool-un futbolçusu Məhəmməd Salahı transfer etmək niyyətindədir. Madrid klubu misirli futbolçunu komandadan ayrılacağı gözlənilən Qaret Beylin əvəzləyicisi olaraq heyətə qatmaq istəyir.

Real Madrid 27 yaşlı futbolçu üçün Liverpool-a 130 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Salah cari mövsümdə Premyer Liqada iştirak etdiyi 10 oyunda 5 qolla yadda qalıb.

Sizin Reklam Yeriniz