Əlaqə Arxiv
news Image
2019.11.06
16:18
| A A A
Rusiya klubunda çıxış edən ukraynalı futbolçu millidəki karyerasını başa vurub

Rusiyanın "Zenit" klubunda çıxış edən Yaroslav Rakitski Ukrayna millisindəki karyerasını başa vurduğunu açıqlayıb. 

Bu barədə 30 yaşlı müdafiəçi şəxsi "İnstagram" hesabından məlumat verib. 2019-cu il ərzində yığmadan dəvət gözlədiyini bildirən Rakitski futbolun siyasətə çevirildiyini də vurğulayıb: "Mənim üçün ölkənin milli komandasında çıxış etmək şərəfdir. Ukraynanın gücünü sübut etməsindən qürur duydum. Bu komandanı AVRO-2020-yə vəsiqə qazanması münasibətilə təbrik edirəm".

Qeyd edək ki, Yaroslav Rakitski "Zenit"ə 2019-cu ilin əvvəlində Ukrayna "Şaxtyor"undan keçib. Yığma karyerasına 2009-cu ildə başlayan oyunçu son olaraq 2018-ci il oktyabrın 16-da Çexiyanı 1:0 hesabı ilə məğlub etdikləri matçda meydanda olub. 

Sizin Reklam Yeriniz