Əlaqə Arxiv
news Image
2019.11.07
19:03
| A A A
Qarabağ Avropa Liqasında növbəti oyununa çıxır

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi Kipr səfərində APOEL-lə qarşılaşacaq.

Qrupda 4 xalla 2-ci olan “Qarabağ” səfərdə qalib gəlsə, növbəti mərhələyə vəsiqə üçün böyük addım atmış olacaq. Bir xalla qrup sonuncusu olan Nikosiya təmsilçisinə də qələbə çox vacibdir. Bu baxımdan “Qarabağ”ı asan oyun gözləmədiyini demək olar.

Bu, “Qarabağ”ın APOEL-lə mövsümdə 4-cü oyunu olacaq. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, tunirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, bu gün A qrupunun digər oyununda “Sevilya” (İspaniya) səfərdə “Düdelanj”la (Lüksemburq) qarşılaşacaq.

Sizin Reklam Yeriniz