Əlaqə Arxiv
news Image
2019.11.08
11:55
| A A A
"Nəticə ədalətsizdir" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-ə 1:2 hesabı ilə uduzduqları matçı şərh edib.

Goal.az xəbər verir ki, o, görüşlə bağlı deyib:

"Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq. Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı oyunda, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik".

Sizin Reklam Yeriniz