Əlaqə Arxiv
news Image
2019.11.08
20:12
| A A A
Rodriqo tarixə keçdi

Real Madrid Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Galatasaray-ı məğlub edib.

Goal.az xəbər verir ki, 6:0 hesabıyla bitən görüşdə Madrid təmsilçisinin futbolçusu Rodriqo rekorda imza atıb. Galatasaray-a üç qol vuran braziliyalı hücumçu, Çempionlar Liqası tarixində het-trik edən 2-ci ən gənc futbolçu ünvanını qazanıb. Rodriqo Galatasaray-la oyunda üç dəfə fərqlənərkən 18 yaş 301 günlük idi.

ÇL tarixində bir oyuna üç qol vuran ən gənc futbolçu isə Real-ın sabiq üzvü Raul Qonsalesdir. Raul 1995-ci ildə Ferentsvaros-la oyunda het-trik edərkən 18 yaş 113 günlük idi.

Sizin Reklam Yeriniz