news Image
2019.11.19
21:58
| A A A
AFFA-nın iki əməkdaşı Avropa Liqasında eyni oyuna təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Hakimlər Komitəsinin sədri Frits Ştuxlik eyni oyuna təyinat alıb.

Mövqe.az-ın məlumatına görə, milli assosiasiyanın hər iki əməkdaşı Rusiyada "Krasnodar" və İsveçrə "Bazel"i arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI tur matçında iş başında olacaq. Mehtiyeva UEFA nümayəndəsi, Ştuxlik hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, görüş noyabrın 28-də keçiriləcək.

money.az currency