news Image
2019.12.03
10:22
| A A A
"Qızıl top"un qalibi müəyyənləşdi

İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.

Goal.az xəbər verir ki, məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Lionel Messi yiyələnib.

Bu, Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. Şatl teatrında təşkil olunan mərasimdən öncə mükafata əsas üç namizəd əvvəlki illərdə hərəyə 5 dəfə bu mükafata yiyələnən Lionel Messi (Argentina, Barcelona) və Kristiano Ronaldo (Portuqaiya, Juventus), həmçinin Vircil Van Deyk (Niderland, Liverpool) idi. Ronaldonun qatılmadığı tədbirdə qalib elan olunan Barcelona-nın argentinalı futbolçusu 6-cı dəfə “Qızıl top”a sahib olub.

“Qızıl top”a namizədlərin TOP-10-luğu

1. Lionel Messi (Argentina, Barcelona”

2. Vircil van Dayk (Niderland, Liverpool)

3. Kriştiano Ronaldo (Portuqaliya, Juventus)

4. Sadio Mane (Seneqal, Liverpool)

5. Məhəmməd Salah (Misir, Liverpool)

6. Kilian Mbappe (Fransa, PSG)

7. Alisson Bekker (Braziliya, Liverpool)

8. Robert Levandovski (Polşa, Bayern Munich)

9. Bernardo Silva (Portuqaliya, Manchester City)

10. Riyad Mahrez (Əlcəzair, Manchester City)

money.az currency