Əlaqə Arxiv
news Image
2019.12.03
16:06
| A A A
Katya Van Daykın cavabını verdi

Barcelona+nın kapitanı Lionel Messinin 6-cı dəfə "Qızıl top" qazandığı təltifetmə mərasimində Liverpool-un müdafiəçisi Vircil van Daykin fikirləri narazılıqla qarşılanıb.

Goal.az xəbər verir ki, hollandiyalı ulduz futbolçunun Juventus-un hücumçusu Kriştiano Ronaldo ilə bağlı fikirləri maraqla qarşılanıb.

Belə ki, tədbirdən əvvəl yerli kanallardan birinə açıqlama verən van Dayk jurnalistin "Ronaldo mərasimə gəlməyib, rəqiblərinizdən biri azalıb" fikrinə "O rəqib idi ki?" deyə cavab verib. 28 yaşlı mərkəz müdafiəçisi tədbirdən sonra isə Messinin mükafata layiq olduğunu söyləyib: "Messi 6-cı dəfə bu titula yiyələndi. Ona hörmətlə yanaşmaq lazımdı. Məndən bir az yaxşı idi".

Van Daykin sözləri Ronaldonun bacısı Katyanın narazılığına səbəb olub. O, instaqram hesabı vasitəsilə hollandiyalını tənqid edib: "Bəzi insanlar əsəb oynadırlar. Səmimi deyil və təvazökarlıqdan uzaqdı. Ronaldo 3 liqada çempion oldu. Van Deyk oynadığı liqada hələ də çempion ola bilməyib. Sənin oynadığın ölkədə Ronaldo ən yaxşı və çox qol vuran oyunçu olub. Üstəlik, səndən daha gənc yaşda. Ronaldo və dostları sənin komandanı Millətlər Liqasının finalında əzdi. O, ən zəif vaxtında belə, səndən çox çempionluq sevinci yaşayıb. Bir əlin barmaqlarının sayı qədər çempion olmusan, Ronaldo ilə eyni masa arxasında oturursan".

Vircil van Dayk isə bu paylaşımdan sonra o fikirləri zarafatla dediyini söyləyib.

Sizin Reklam Yeriniz