Əlaqə Arxiv
news Image
2019.12.03
17:27
| A A A
Türkiyə nəhənginə transfer qadağası qoyula bilər

Fenerbahçe sərt cəza ilə üzləşə bilər.

Goal.az xəbər verir ki, buna səbəb klubun xərclərinin limiti aşmasıdır.

Məsələ burasındadı ki, Türkiyə Futbol Federasiyası (TFF) mövsümün əvvəlində hər klub üçün xərc limitini açıqlamışdı. Klublar futbolçu, məşqçi heyəti və menecerlik ödənişləri zamanı göstərilən limiti aşarsa, cəza alacaqlar. Fenerbahçe üçün limit 32,4 milyon avro dəyərində müəyyənləşdirilsə də, "sarı-lacivərdlilər"in cari mövsümdəki xərci iki dəfə çox - 65,1 milyon avrodur.

Bu ay federasiya ilə klub rəsmiləri bir araya gələcək, bu məsələni müzakirə edəcəklər. Klublara bu mövsüm limiti 30% aşmaq haqqı verilib. Yəni Superliqa nəhəngi xərcləri 42 milyon avroya endirməsə, sanksiya tətbiq ediləcək. Cəzanın transfer qadağası, yoxsa xal silmə olacağına isə TFF qərar verəcək.

Sizin Reklam Yeriniz