news Image
2019.12.08
11:25
| A A A
Premyer Liqada XIV tura yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında ilin son oyunları keçiriləcək.

Goal.az-ın məlumatına görə, XIV tura təsadüf edəcək 3 qarşılaşmanın ardından çempionatda fasilə yaranacaq. Mövsümün ilk yarısına isə Azərbaycan Kubokunun 1/4 final matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XIV tur

15:00. “Zirə” – “Səbail”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Zirə İdman Kompleksinin stadionu (Pfl.az/canlı)

15:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Kapital Bank Arena” (“CBC Sport”/canlı)

17:00. “Sabah” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bank Respublika Arena” (“CBC Sport”/canlı)

Qeyd edək ki, turun açılış matçında "Qarabağ" "Keşlə" ilə heç-heçə edib - 2:2.