Əlaqə Arxiv
news Image
2019.12.12
22:25
| A A A
Düdelange-ın baş məşqçisi komandasına telefon və ya ratsiya ilə təlimat verəcək

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Qarabağ-ın qonağı olacaq Lüksemburq Düdelange-nın baş məşqçisi Bertran Krasson komandaya göstərişlərini telefon və ya ratsiya ilə verəcək.

Goal.az xəbər verir ki, buna səbəb 48 yaşlı belçikalı mütəxəssisin sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. Bu üzdən tribunada yer alacaq Bertran Düdelange-ı meydanda çıxaracaq köməkçisi Lexit Zeqdana təlimatlarını telefon və ya ratsiya ilə çatdıracaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq. 

Sizin Reklam Yeriniz