news Image
2019.12.13
15:46
| A A A
Azərbaycan kubokuna hakim təyinatları bilindi

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub.

15 dekabr (bazar)

15:00. “Qəbələ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy

Qəbələ şəhər stadionu

17:00. “Səbail” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev

“ASCO Arena”

16 dekabr (bazar ertəsi)

18:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

“Bakcell Arena”

20:00. “Qarabağ” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı

Tofiq Bəhramov adına Respublika Stadionu