Əlaqə Arxiv
news Image
2019.12.13
19:51
| A A A
Prezidentin qızı ilə eşq yaşadı, klubdan qovuldu

Sloveniyanın II divizionunda çıxış edən Gorica klubu futbolçusu Edafe Conu qovub.

Goal.az xəbər verir ki, buna səbəb nigeriyalı futbolçunun klub prezidentinin qızı ilə eşq macərası yaşaması olub.

Bu barədə Edafe Con özü açıqlama verib. 26 yaşlı futbolçu bildirib ki, qız ondan hamilə qalıb:

"Məni ofisə söhbətə dəvət etdilər. Bildirdim ki, bu hamiləliyə görə məsuliyyəti üzərimə götürürəm. Qeyd etdim ki, o qızla, sadəcə eşq macərası yaşamıram, onu sevirəm. Mənə dedilər ki, evdən çıxmayım və məlumat gözləyim. Bir həftə evdə oturduqdan sonra məni bazaya dəvət edib bildirdilər ki, müqaviləyə xitam verilir”.

Daha sonra atası qızına futbolçunu bütün sosial şəbəkələrdə blok etməyi tapşırıb. Nigeriyaya qayıdan futbolçu isə nə sevdiyi qızdan, nə də uşağın taleyi barədə məlumat əldə edə bilməyib.

Sizin Reklam Yeriniz