İkinci "El-Klassiko"nun vaxtı açıqlandı
İspaniya La Liqasında bu mövsümün ikinci "El-Klassiko"sunun vaxtı açıqlanıb.
Goal.az xəbər verir ki, "Santyaqo Bernabue" stadionunda keçiriləcək görüş martın 1-i yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq.
Qeyd edək ki, bu mövsüm "Barcelona" və "Real" arasında "Nou Kamp"da keçirilən ilk "El-Klassiko"da qolsuz bərabərlik qeydə alınmışdı.