Əlaqə Arxiv
news Image
2020.01.19
11:07
| A A A
"Onun transferini növbəti həftə açıqlaya bilərik"

Almaniya millisinin sabiq hücumçusu Lukaş Podolski Yaponiyanın “Vissel Kobe” klubundan ayrıla bilər.

Goal.az xəbər verir ki, Polşa əsilli forvard Türkiyəyə qayıda bilər.

34 yaşlı futbolçu Super Liqa təmsilçisi "Antalyaspor"a keçə bilər. Bu barədə klubun idarə heyətində yer alan Aytaç Altay məlumat verib:

"Podolski ilə danışıq gedir. Bəlli nöqtəyə gəldik. Çox kiçik detallar qalıb. Onun transferi növbəti həftə tamamlana bilər. Tezliklə transferi açıqlaya bilərik".

Sizin Reklam Yeriniz