Əlaqə Arxiv
news Image
2020.01.22
13:54
| A A A
Neftçi-də yeni məşqçi - RƏSMİ

Neftçi-nin məşqçilər korpusuna yeni təyinat olub.

Goal.az xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, 2013-2015-ci illərdə Bakı klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid Atletico-sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və "B” komandasında (2010-2012), eləcə də Getafe B (2015-2016) və Çinin Dalian Yifang (2016-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyasına malikdir.

Sizin Reklam Yeriniz