news Image
2020.01.27
21:45
| A A A
“Pul mənim problemim deyil, amma…” – Lempard

İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsi çərçivəsində Hull City-ə 2:1 hesabıyla qalib gələn Chelsea-nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Goal.az xəbər verir ki, mütəxəssis, “zadəganların” hazırkı vəziyyəti ilə bağlı danışıb:

“Oyuna nəzarət bizdə idi, amma özümüzə proeblemlər yaradırdıq. Buna görə də, oyunun sonları daha aqressiv alındı.

Chelsea yayda cəzalandı və bu, bizim üçün ağır oldu. Yayda klub tarixinin ən yaxşı futbolçularından biri olan Eden Hazardı itirdik. Hazırda vəziyyət budur. Vəzifəm hər gün məşqlərdə çalışmaq, futbolçuları inkişaf etdirməkdir. Hazırda irəliləmək üçün transferlərə ehtiyacımız var. Pul mənim problemim deyil, amma dürüst və açıq olmalıyam”.