news Image
2020.01.28
15:17
| A A A
Nzonzi Galatasaray-dan ayrılır

Galatasaray-ın fransalı oyunçusu Steven Nzonzi karyerasını ölkəsində davam etdirəcək.

Goal.az xəbər verir ki, təcrübəli futbolçu Rennes komandası ilə razılığa gəlib.

Fransa təmsilçisinin baş məşqçisi Julien Stephan Nzonzi ilə danışıqlar aparıldığını təsdiqləyib. Nzonzi mövsümün əvvlində Roma-dan Galatasaray-a keçmişdi. O, komandası ilə çıxdığı 15 oyunda bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terim bir müddətdir fransalı futbolçunu heyətdən uzaqlaşdırıb. Buna səbəb onun intizamsız davaranışları olub.