Əlaqə Arxiv
news Image
2020.01.28
18:27
| A A A
Arsenal-da ciddi itki

İngiltərə kubokunun 1/16 finalı çərçivəsində səfərdə Bournemouth-un qonağı olan Arsenal ciddi itki ilə üzləşib.

Goal.az-ın məlumatına görə, London təmsilçisinin futbolçusu Şkodran Mustafi matçın 58-ci dəqiqəsində zədələnib.

Öz komandasının qapıçısı Damian Martineslə toqquşmada zədə alan almaniyalı müdafiəçi oyunu davam etdirə bilməyib. 28 yaşlı futbolçu meydanı xərəkdə tərk etməli olub. Lakin Mustafinin hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Oyun isə Arsenal-ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Mustafi 2016-cı ildə Valencia-dan Arsenal-a transfer olunub.

Sizin Reklam Yeriniz