news Image
2020.02.19
16:09
| A A A
"Stadiona tərəf gələndə artıq qələbəmiz başladı" - Simeone

Biz bu cür oyunu gözləyirdik. Rəqib çox güclüdür. Meydanda hər iki komanda çox fiziki güc sərf etdi.

Mövqe.az Goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempinlar Liqasının 1/8 finalında "Liverpul"la keçirilən görüşdən sonra mətbuat konfransında deyib.

O, Madriddə qeydə alınan 1:0 hesablı qələbəni belə şərh edib: "Matça yaxşı başladıq və nəticəni qorumaq üçün lazım olan oyunu oynadıq. Əks hücumlarda da qol vurmaq şansımız oldu. Meydanda kollektiv mübarizə aparan  komandamız var idi. Əgər hücumçularımız müdafiəyə kömək etməsəydi, bu nəticəni əldə edə bilməzdik. Hamı yaxşı işlədi. "Liverpul" da çox yaxşı oynadı. Onlar topla davranmada mütəxəssisdirlər. Geniş və  sürətli heyətə sahibdirlər".

Argentinalı mütəxəssis qələbədə azarkeş amilinin mühüm rol oynadığını qeyd edib: "Biz stadiona tərəf gələndə artıq qələbə qazanmağa başlamışdıq. Çünki atmosfer inanılmaz idi. Bu klubda işlədiyim 8 ildə belə ab-hava görməmişdim".

Cavab matçı haqda isə Simenone bunları deyib: "Hər şey ola bilər. Rəqib evdə möhtəşəm matçlar keçirməyə alışıb".