Əlaqə Arxiv
news Image
2020.02.19
19:17
| A A A
Türkiyə klubunda yeni çalışdırıcı

Türkiyənin “Denizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Superliqa təmsilçisini Bülənt Uyğun çalışdıracaq. Klubun vitse-prezidenti Kaan Şanlıkan yerli mətbuata müsahibəsində Uyğunla danışıqların müsbət nəticələndiyini və yaxın günlərdə onunla müqavilə imzalanacağını açıqlayıb.

Bülənt Uyğun bu vəzifədə istefaya göndərilən Mehmet Özdileki əvəzləyəcək.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis son olaraq “Kayserispor”u çalışdırıb.

Sizin Reklam Yeriniz