Əlaqə Arxiv
news Image
2020.02.22
20:54
| A A A
Millinin futbolçuları 66 milyon dollar tələb edir

ABŞ-ın qadınlardan ibarət milli komandasının üzvləri ölkənin futbol federasiyasından 66 milyon dollar tələb edirlər.

Goal.az xəbər verir ki, yığma federasiyanı gender bərabərsizliyində günahlandırır.

Bildirilib ki, təsdiqləyici sənədlər artıq Los-Ancelesdəki məhkəməyə təqdim olunub. Məhkəmə prosesi mayın 5-də başlayacaq.

Futbolçular ötən ilin martında federasiyanı məhkəməyə verərək onları cinsi ayrı-seçkilikdə ittiham ediblər. İdmançılar bunun təkcə maaşlarına deyil, harada və necə oynadıqlarına, tibbi yardım almalarına, həmçinin matçlara necə getdiklərinə də təsir etdiyini iddia edirlər.

Ötən il qadınlardan ibarət ABŞ millisi Hollandiyanı 2:0 hesabı ilə məğlub edərək 4-cü dəfə dünya çempionu olub. (sportinfo)

Bizi "Telegram"da izləyin
GÜNÜN ƏN ÇOX OXUNANLARI
[news Image]
 22/02/2020, 11:03
Hansı oyun, hansı kanalda?
[news Image]
 21/02/2020, 21:24
Real Madrid-də yeni müqavilə
[news Image]
 22/02/2020, 13:35
Qabriel Jesus İtaliya nəhənginin hədəfində
[news Image]
 22/02/2020, 16:12
Barcelona yeni qapıçı alır
[news Image]
 22/02/2020, 15:39
Napoli Real Madrid-dən 150 milyon tələb edir
[news Image]
 22/02/2020, 14:04
Ronaldo Rodriqesi yanına çağırır
[news Image]
 22/02/2020, 13:07
Adil Rami Rusiya klubuna keçdi
[news Image]
 22/02/2020, 10:34
Fenerbahçe dünya çempionu ilə yollarını ayırdı

Sizin Reklam Yeriniz