Əlaqə Arxiv
news Image
2020.02.27
15:11
| A A A
Azad Rəhimov: "İslamda təmənnasız yaxşılıq ənənəsi kölgədə qalıb"

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin daimi Şurasının (PMC) iclası keçirilib.

Mövqe.az xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov İƏT Gənclər Forumunun ilk iclasının 15 il əvvəl Azərbaycanda gerçəkləşdiyini xatırladıb. 

Nazir deyib ki, bir neçə gün sonra Səudiyyə Ərəbistanı Krallığında İslam dünyası könüllülərinin Gənclər Forumu təşkil olunacaq: "Həmin tədbirin əsas məqsədi müsəlman dünyasının maraqlarının harmoniya, beynəlxalq sülh çərçivəsində müdafiəsi və qorunmasıdır. Əfsuslar olsun ki, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin könüllülər hərəkatı ilə bağlı dünyada kifayət qədər məlumat yoxdur. Əslində isə müsəlman aləmindəki təmənnasız yaxşılıq etmək kimi ənənələr kölgədə qalmış könüllülük sayıla bilər. Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına ümumilikdə 25 mindən çox könüllü qatılmışdı. Azərbaycan paytaxtında 2016-cı ildən bəri hər il keçirilən "Formula 1" Qran-prilərinə isə 3500-dən çox könüllü qatılır".

A.Rəhimov iclasının əsas məqsədinin hesabatların dinlənilməsinin və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair perspektivlərin müzakirəsindən ibarət olduğunu bildirib.

İƏT PMC iclası çıxışlarla davam edib.

Qeyd edək ki, Daimi Şurada Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Fələstin, İraq, İran və Seneqalın Gənclər və İdman nazirləri, həmçinin İƏT Gənclər Forumu və İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərləri təmsil olunur.

Sizin Reklam Yeriniz