Əlaqə Arxiv
news Image
2020.03.25
21:43
| A A A
Fatih Terim: “Sınaqdan üzüağ çıxacağıq”
"O qədər gözəl və xüsusi hisslər keçirirəm ki, hər duanı ürəyimdə hiss edirəm". Apasport.az saytının məlumatına görə, bunu koronavirusa yoluxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim bildirib. Martın 23-də testlərinin nəticəsi müsbət çıxan və xəstəxanaya aparılan təcrübəli mütəxəssis sosial şəbəkə vasitəsilə vəziyyətinin yaxşı olduğunu yazıb: "Bu, hamımız üçün sınaqdır. Dualarınızla, gözəl arzularınızla sınaqdan üzüağ çıxacağıq. Hazırda yaxşıyam, inşallah, daha da yaxşı olacağam. Əlim ürəyimdə hər birinizə təşəkkür edirəm".
Sizin Reklam Yeriniz