Əlaqə Arxiv
news Image
2020.03.26
14:37
| A A A
Şahmat üzrə İddiaçılar Turniri yarımçıq dayandırıldı

Rusiyanın Yekaterinburq şəhərindəki şahmat üzrə İddiaçılar Turniri dayandırılıb.

Goal.az-ın məlumatına görə, buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.

Turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. Bərpa tarixi isə hələ məlum deyil.

7 turdan sonra fransalı Maksim Vaşye-Laqvar və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür. Vaşye-Laqrav yarışdan koronavirusa görə imtina etmiş Azərbaycan təmsilçisi Teymur Rəcəbovu əvəzləmişdi.

Qeyd edək ki, Rusiya Federasiyası martın 27-dən öz vətəndaşlarının çağırışı üçün reyslər istisna olmaqla, beynəlxalq uçuşları dayandıracaq. (report)

Sizin Reklam Yeriniz