Əlaqə Arxiv
news Image
2020.03.29
10:12
| A A A
Əfsanəvi qapıçı koronavirusa yoluxdu

Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu barədə məlumatı 46 yaşlı veteran futbolçunun xanımı İşıl Reçber sosial şəbəkə hesabında paylaşıb.

O, Rüştünün xəstəxanaya yerləşdirildiyini bildirib: "Mənim, oğlum və qızımın test nəticəsi neqativ çıxıb. Buna görə də biz evdə, Rüştü isə xəstəxanadadır. Görüşə də icazə verilmir. Ən çətini də onun yanında ola bilməməkdir" - deyə, o, qeyd edib.

Qeyd edək ki, Türkiyənin ən yaxşı qapıçılarından olmuş Rüştü millidə 120 oyun keçirib. O, karyerası ərzində “Antalyaspor”, “Fenerbahçe”, “Beşiktaş" və "Barcelona"da çıxış edib.

Sizin Reklam Yeriniz