Əlaqə Arxiv
news Image
2020.03.29
23:24
| A A A
Avro-2022-nin püşkatmasının vaxtı dəyişdirildi

Futzal üzrə Avro-2022-nin seçmə mərhələsi üçün püşkatma mərasiminin vaxtı dəyişdirilib.

Goal.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb koronavirus pandemiyasıdır.

Tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.

Qeyd edək ki, Avro-2022-nin seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Final mərhələsi 2022-nin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.

Sizin Reklam Yeriniz