Əlaqə Arxiv
news Image
2020.03.31
22:50
| A A A
UEFA çempionatların bərpası ilə bağlı 3 təklif irəli sürəcək

UEFA milli çempionatların bərpa tarixi ilə bağlı bir neçə variant üzərində işləyir.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, quruma üzv olan 55 milli assosiasiya ilə 1 aprel videokonfransında 3 təklifin irəli sürüləcəyi gözlənilir.

Bunlardan birincisi çempionatların mayın ortasında start götürməsidir. Bu plan baş tutmayacağı halda, bərpa müddəti mayın sonuna qədər uzadılacaq. Üçüncü təklif isə liqaları iyunun ortasında başlatmaqdan ibarətdir.

UEFA-nın milli çempionatları başa çatdırmaq üçün avrokubokların formatında dəyişikliyə gedə biləcəyi və finala çıxmaq üçün oyunların sayını azaldacağı da istisna olunmur.

 

Sizin Reklam Yeriniz