Əlaqə Arxiv
news Image
2020.04.01
11:16
| A A A
KİV: Çempionlar Liqası və Avropa Liqasının finalı azarkeşsiz olacaq

UEFA Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını azarkeşsiz keçirəcək. 

"Report" "The İndependent" nəşrinə istinadən xəbər verir ki, qurum artıq hər iki final görüşünün azarkeşsiz olacağı ilə bağlı qərar çıxarıb. 

Qalan bütün avrokubok oyunlarının da boş tribunalar önündə keçiriləcəyi istisna edilmir. Bildirilib ki, UEFA 2019/2020 mövsümündə bütün yerli çempionatları və avrokubokları 2020/2021 mövsümü başlamazdan əvvəl bitirmək niyyətindədir. 

Qeyd edək ki, UEFA bu gün 55 milli assosiasiyanın baş katibləri ilə videokonfrans keçirəcək.

Sizin Reklam Yeriniz