Əlaqə Arxiv
news Image
2020.04.19
22:50
| A A A
Dünyada ilk dəfə bu ölkənin futbol çempionatı bərpa olundu

Futbol üzrə Türkmənistan çempionatı bərpa olunub. 

Mövqe.az-ın məlumatına görə, 4-cü turun açılış matçında "Altın-Asır” – “Kopetdağ” görüşü baş tutub. 

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu, dünyada koronavirus pandemiyası dövründə yenidən başlayan ilk çempionatdır. 

Türkmənistan Futbol Federasiyası martın 24-də bütün yarışları təxirə salmışdı. 

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində yarışlar dayandırılıb. Hazırda Belarus, Tacikistan, Nikaraqua və Tayvanda çempionatlar keçirilir.

Sizin Reklam Yeriniz