Əlaqə Arxiv
news Image
2020.05.14
18:28
| A A A
Barcelona-dan Neymar açıqlaması

Barcelona PSG-nin futbolçusu Neymarı almaq fikrində deyil.

Goal.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidentinin müşaviri Karles Rekraç COPE radiosuna açıqlamasında bildirib.

O deyib ki, mövcud vəziyyəti nəzərə alaraq, 28 yaşlı braziliyalı hücumçunun geri qayıtması mümkün deyil: "Neymar klubumuzun onun üçün hansı rolu oynadığını başa düşdü. Bizim komandada qol vursaydı, xəbər bütün dünyaya yayılardı. Parisdə isə onun qolları az nəzərə çarpır".

Daha öncə İspaniya mətbuatı bildirib ki, Neymar Barcelona-ya keçmək üçün PSG-nin yeni müqavilə təklifini rədd edib. Paris klubu onun məvacibini 50 faiz artıraraq 36,8 milyon avroya yüksəltməyi hədəfləyib. İspaniya klubu isə oyunçuya 20 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Neymar Barcelona-dan PSG-yə 2017-ci ilin avqustunda rekord məbləğə - 222 milyon avroya keçib. 27 yaşlı hücumçu Paris təmsilçisinin heyətində 80 matç keçirib və 69 qol vurub, habelə 39 məhsuldar ötürmə edib. Forvardın PSG ilə müqaviləsi 2022-ci ildə başa çatacaq. (report)

Sizin Reklam Yeriniz