Əlaqə Arxiv
news Image
2020.05.19
16:47
| A A A
UEFA "Qarabağ"dan başqa bütün klublara pul ödədi
UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 7-si üçün növbəti ödənişlər edib. AFFA-nın rəsmi saytına istinadən verdilən məlumata görə, vəsait 2018/2019-ci il mövsümünü əhatə edən UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramını əhatə edib. Ödəniş yalnız qrup mərhələsində çıxış etmiş "Qarabağ"a olunmayıb. Digər klubların hər birinə isə UEFA 15 min 446.42 avronu AFFA-nın vasitəçiliyi ilə köçürüb. Qeyd edək ki, "Keşlə" üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək. (report.az)
Sizin Reklam Yeriniz