Əlaqə Arxiv
news Image
2020.05.26
09:52
| A A A
Milan-da ağır itki
Milan-ın hücumçusu Zlatan İbrahimoviç uzun müddət yaşıl meydanlardan kənarda qala bilər. Goal.az xəbər verir ki, isveçli forvard komandasının son məşqlərindən birində zədələnib. Həkimlərin ilkin qənaətinə görə, onun zədəsi tez bir zamanda sağalmayacaq. 38 yaşlı futbolçunun həm əzələsindən zədə aldığı, həm də mövsümün əvvəlindən dabanında yaranan ağrının gücləndiyi bildirilib. Ətraflı müayinədən sonra klubun dəqiq açıqlama yayması gözlənilir. Bu mövsüm Milan-ın heyətində 10 oyuna çıxan İbrahimoviç 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Sizin Reklam Yeriniz