Koutinyo ilə bağlı qərar verildi
Bayern Münich Filippe Koutinyo ilə yollarını ayırmağa qərar verib.
Goal.az xəbər verir ki, Münhen təmsilçisi İspaniya nəhəngi Barcelona-dan iyunun 30-na qədər icarəyə götürdüyü braziliyalı futbolçunun transfer hüququnu almayacaq.
“Bild” qəzetinin yaydığı xəbərə görə, Bundesliqanın lideri 27 yaşlı futbolçunu yenidən icarəyə götürmək də istəmir. Bu isə onun yayda yenidən Barcelona-ya qayıdacağı anlamına gəlir.
Bayern-in prezidenti Karl Haynts Rummenigge bir müddət əvvəl Koutinyonun gələcəyi barədə danışarkən onun haqqında mövsüm bitəndən sonra qərar verəcəklərini bildirmişdi.
Qeyd edək ki, Koutinyo cari mövsüm 8 qol və 6 məhsuldar ötürmə müəllifi olub. (matc)