Əlaqə Arxiv
news Image
2020.06.04
15:55
| A A A
ÇL-in finalına ev sahibliyi etməyə 4 namizəd şəhər

Almaniya Çempionlar Liqasının 2019/20 mövsümünün mini turnirini keçirmək üçün UEFA-ya 4 şəhər təklif edəcək.

Goal.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Mart ayında koronavirus pandemiyası səbəbiylə dayanan ÇL-nin dörddəbir finaldakı bütün matçları bir ölkədə keçirilə bilər. Rusiya və Portuqaliya da mini turnirin ölkələrində oynanmasında maraqlıdırlar.

UEFA ev sahibliyi üçün müraciət edəcək ölkələrdən 100 km məsafədə 4 stadion ayırmasını istəyib. Almaniyanın oyunların keçirilməsi üçün Frankfurt, Hoffenhaym, Maynts və Darmştatın şəhərindəki stadionları təklif edəcəyi bildirilir.

Çempionlar Liqasının finalı bu il İstanbulda olmalıdır. Ancaq UEFA Türkiyədəki epidemioloji vəziyyətə görə digər variantları nəzərdən keçirir. (sportinfo)

Sizin Reklam Yeriniz