news Image
2013.07.19
15:01
| A A A
AFFA jurnalistlərin peşə bayramını təbrik edib (fotoreportaj)

Bu gün AFFA-nın inzibati binasında mətbuat nümayəndələrinin iştirakı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Baş katib Elxan Məmmədov Kütləvi İnformasiya Vasitələri nümayəndələrini AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından peşə bayramı münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. E.Məmmədov çıxışında AFFA-nın son dövrlərdə futbolun inkişafı məqsədilə həyata keçirdiyi tədbirlər barədə danışıb, assosiasiya ilə İspaniyanın "Barselona" və Portuqaliyanın "Sportinq" klublarının futbol məktəbləri arasında əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Baş katib həmçinin AFFA ilə Bakcell şirkətinin birgə əməkdaşlığı çərçivəsində "Mançester Yunayted" Yay Futbol Məktəbinin ölkəmizdə uşaqlar üçün təşkil olunmuş seçim turlarını xatırladıb, bu tədbirlərin uşaq futbolunun inkişafına müsbət mənada təsir göstərəcəyinə əminliyini ifadə edib.


Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.


Tədbir iştirakçıları xatirə şəkli çəkdirib.


Sonda mətbuat nümayəndələrinə AFFA-nın hədiyyələri təqdim olunub.










Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs